9.5 KiB
YTDLnis
YTDLnis Android 7.0 və yuxarı üçün yt-dlp istifadə edən pulsuz və açıq mənbəli video/səs yükləyicidir.
Denis Çerri tərəfindən yaradılmışdır
Yalnız yuxarıdakı keçidlər YTDLnis-in yeganə etibarlı mənbələridir. Qalan hər şey mənimlə əlaqəli deyil.
💡 Xüsusiyyətlər:
- 1000-dən çox veb-saytdan səs/video faylları yüklə
- mahnı siyahıların emal et
- normal yükləmə elementindəki kimi hər pleylist elementin ayrıca redaktə edin.
- bütün elementlər üçün ümumi format seçin və/yaxud onları video kimi endirəndə çoxlu səs formatı seçin
- bütün elementlər üçün yükləmə yolu seç
- bütün elementlər üçün fayl adı şablonun seçin
- bir kliklə səs/video/fərdi əmr üçün toplu yeniləmə yükləmə növü
- yükləmələri növbəyə qoyun və onları tarix və vaxta görə planlaşdırın
- eyni vaxtda çoxlu elementi planlaşdıra bilərsiniz
- eyni vaxtda çoxlu elementi yüklə
- fərdi əmrlər və şablonlar istifadə edin və ya quraşdırılan sıxac ilə tam yt-dlp rejiminə keçin
- Siz şablonları nüsxələyə və bərpa edə bilərsiniz, beləcə dostlarınızla paylaşa bilərsiniz
- Məlumatlar bazası dəstəyi.Hesablarınızla daxil olun və şəxsi/əlçatmaz videoları yüklə, premium formatları kiliddən açın və s.
- vaxt ştampları və video bölmələri əsasında videoları kəsin (Bu yt-dlp xüsusiyyəti orijinal layihədə təcrübidir)
- limitsiz kəsiklər hazırlaya bilərsiniz
- elementdən SponsorBlock elementlərin təmizlə
- onları videonuzda bölmələr kimi yerləşdirin
- titrləri/üst məlumatı/bölmələri yerləşdirmək və s
- başlıq və müəllif kimi üst məlumatı dəyişdir
- onun bölmələrindən asılı olaraq elementi ayrı fayllara bölmək
- müxtəlif yükləmə formatları seçin
- Paylaş menyusundan düz alt kart, tətbiqi açmağa ehtiyac yoxdur
- siz txt faylı yarada və onu yeni sətirlə ayrıca bağlantılar/pleylistlər/axtarış sorğuları ilə doldura bilərsiniz və tətbiq onları emal edəcək
- tətbiqdən bağlantı axtar və ya yerləşdir
- siz eyni vaxtda onları emal etmək üçün axtarışları toplaya bilərsiniz
- problemlər olduqda yükləmələr jurnalı
- ləğv edilən yaxud uğursuz yükləmələri yenidən yüklə
- yenidən yükləmək üçün sola və silmək üçün sağa sürüşdürmək jestləri istifadə edə bilərsiniz
- daha çox funksionallıqla yükləmə kartın göstərmək üçün təfərrüatlar vərəqindəki yenidən yükləmə düyməsin uzun klikləyə bilərsiniz
- yükləmə tarixçəsin və ya jurnalları saxlamaq istəmədiyinizdə gizlincə rejimi
- sürətli yükləmə rejimi
- məlumatı emal etməyi gözləmədən dərhal yüklə. Alt kartı bağla və bu, dərhal başlayacaq
- bitmiş bildirişdən yüklənən faylları aç / paylaş
- əksər yt-dlp xüsusiyyətləri həyata keçirilir, təkliflər arzu ediləndir
- Material You görünüşü
- Tema seçimləri
- Nüsxələmə və bərpa xüsusiyyətləri. (Təqribən, hər şey nüsxələnə bilər)
- MVVM Architecture w/ WorkManager
📲 Ekran görüntüləri
💬 Əlaqə
Müzakirə, elanlar və buraxılışlar üçün Telegram Kanalımıza və ya Discord qoşulun!
😇 Töhfə
Əgər töhfə vermək istəyirsinizsə xahiş olunur, Töhfə vermə bölməsin oxuyun.
📝 Weblate-də Tərcümə Etməyə Kömək Et
🔑 Paket adın istifadə edərək üçüncü tərəf tətbiqləri əlaqə qurun
Tətbiqin paket adı "com.deniscerri.ytdl"-dir.
🤖 İntent-lər istifadə edərək üçüncü tərəf tətbiqləri ilə əlaqə qurun
Siz istifadəçi toxunuşu olmadan yükləmələri həyata keçirmək üçün tətbiqə əmrlər göndərmək niyyətin (İntent) istifadə edə bilərsiniz. Qəbul edilən dəyişgənliklər:
TYPE -> bu ola bilər: səs,video,əmr
BACKGROUND -> bu ola bilər: true,false. Əgər bu true olarsa, tətbiq istənilən halda yükləmə kartını göstərməyəcək və yükləməni arxa planda həyata keçirəcək
Tasker ilə fonda səs elementin yüklənilməsi nümunəsi
- Göndərmə Intent tapşırığı yaradın
- Action (Fəaliyyət): android.intent.action.SEND
- Cat: İlkin (default)
- Mime Type: text/*
- Əlavə (Extra): android.intent.extra.TEXT:url ("url" əvəzinə yükləmək istədiyiniz videonun URL-ni yazın)
- Əlavə(Extra): TYPE:audio
- Əlavə(Extra): BACKGROUND:true
📄 Lisenziya
GPLv3 lisenziyası ilə lisenziyalaşdırılan mənbə kodu istisna olmaqla, bütün digər tərəflərə "YTDLnis" adın yükləyici tətbiq kimi istifadə etmək qadağandır və eynisi onun törəmələri üçün də keçərlidir. Törəmələrə fork-lar və qeyri-rəsmi quruluşlar daxildir, lakin bunlarla məhdudlaşmır.
😁 İanə Edin
🙏 Təşəkkürlər
- yt-dlp və bu aləti mümkün etmək üçün töhfəçiləri. Bunsuz bu tətbiq mövcud olmazdı.
- youtubedl-android yt-dlp-ni Android-ə köçürmək üçün
- dvd Sizə youtubedl-android alətin göstərmək üçün
- seal müəyyən dizayn elementləri və xüsusiyyətləri üçün bu tətbiqdə də istifadə etmək istədim
- decipher3114 tətbiq simvolu üçün
və bir çox başqa internet forum yad adamlar.